Millimizin üzvü oynadı, komandası məğlub oldu
19.01.2025 - 01:29
![Millimizin üzvü oynadı, komandası məğlub oldu](https://ww3.apasport.az/storage/news/2025/january/19/big/678c18bac1af9678c18bac1afa1737234618678c18bac1af7678c18bac1af8.jpeg)
Azəbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" "Erzurumspor"un qonağı olub.
20-ci tur çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Diniyev 78-ci dəqiqədə əvəzlənib. Bandırma təmsilçisi hər iki qolu Coşqun meydanı tərk etdikdən sonra buraxıb.
Qeyd edək ki, "Bandırmaspor"un qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib. Bu görüşlərdə iki dəfə uduzan komanda 34 xalla 3-cü pillədə qərarlaşıb.
0
0