Misli Premyer Liqasında tamaşaçı rekordu yenilənib
19.10.2026 - 10:38
Misli Premyer Liqasında tamaşaçı rekordu yenilənib

Misli Premyer Liqasının VIII turu tamaşaçı sayına görə mövsümün rekordunu müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, turun altı qarşılaşmasını ümumilikdə 30 800 azarkeş stadiondan izləyib.

Ən çox tamaşaçı “Kəpəz” – “Zirə” və “Qarabağ” – “Neftçi” oyunlarında qeydə alınıb. Gəncədə keçirilən və 1:1 hesabı ilə başa çatan görüşü 13 800, Ağdam və paytaxt təmsilçilərinin 3:3 hesablı heç-heçə etdiyi qarşılaşmanı isə 13 500 azarkeş izləyib. Tur üzrə orta göstərici 5 133 nəfər təşkil edib.

Bunadək rekord 24 min 512-yə bərabər idi. Bu göstərici IV turda qeydə alınmışdı.

Turun digər oyunlarında qeydə alınan tamaşaçı sayı belə olub:

  • “Şamaxı” – “Şəfa” (3:2) – 1200 nəfər
  • “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) – 1200 nəfər
  • “Qəbələ” – “Sabah” (0:4) – 750 nəfər
  • “İmişli” – “Turan Tovuz” (1:0) – 350 nəfər