Moldova millisinin üzvü "Kəpəz"də
04.08.2026 - 16:27
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmiləşdirib.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq Moldovanın “Zimbru” klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib. O, yığmanın heyətində keçirdiyi 30 oyunda 4 qola imza atıb.
- Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər
- Klublararası dünya çempionatının yeni loqosu - FOTO
- Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
- Şahmatçıların yeni reytinq siyahısı açıqlanıb
0
0