
Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız 1/4 final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək (1:0) yarımfinala vəsiqə qazanıb.
Apasport.az saytının məlumatına görə, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Qeyd edək ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.
- Əliyar Ağayevin final fiti - "Siti" qələbə qazandı - YENİLƏNİR
- "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur" - Mübariz Orucov
- "Atletik"in hücumçusuna Premyer Liqadan üç elçi
- Hindistanlı mütəxəssis: “Qarabağ”ın işi bu gün çətin olacaq”
- "Neftçi" baş məşqçi seçimini etdi - Çempion kluba dönür