"Neftçi" Almaniya klubu ilə qarşılaşacaq
13.01.2024 - 11:17
!["Neftçi" Almaniya klubu ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/january/13/big/65a2317425aa665a2317425aa7170512830865a2317425aa465a2317425aa5.jpg)
Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Miodraq Bojoviçin komandası Almaniya 3-cü Bundesliqa təmsilçisi “Sportverein Valdhof”la qarşılaşacaq.
"Gloria Sports Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
"Ağ-qaralar" ilk yoxlama matçında Türkiyənin “Erzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.
0
0