Hakimi təhqir edən iki azarkeş həbs olundu
27.11.2023 - 10:11
![Hakimi təhqir edən iki azarkeş həbs olundu](https://ww3.apasport.az/storage/news/2023/november/27/big/6564358d288096564358d2880a17010661256564358d288076564358d28808.jpg)
Qadın hakim Rebekka Uelçə qarşı təhqiramiz şüarlar səsləndirən 17 yaşlı iki gənc azarkeş həbs edilib.
Apasport.az xəbər verir ki, hadisə “Birmingem” – “Şeffild Uensdey” matçında (2:1) baş verib.
Hazırda hər iki yeniyetmə həbsdədir. Onların hərəkətləri ilkin olaraq ictimai asayişin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, Uelç bundan əvvəl Premyer Liqanın “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda dördüncü hakim olub.
0
0