“Neftçi” Yeqor Boqomolski ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” onu göndərərək legioner limitini başqa futbolçudan yana istifadə etmək istəyir.
Məşqçilər korpusu da belaruslunun çıxışından razı deyil və daha güclü forvardın alınmasını istəyir.
Hazırda Boqomolskinin əvəzinə legioner futbolçu ilə danışıqlar gedir. Onunla maraqlanan azərbaycan klubları da var.
Belaruslunun isə müqaviləsinə xitam veriləcəyi, yoxsa icarəyə göndəriləcəyi ilə bağlı məsələ müzakirə edilir.
24 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2022-ci ildə “Minsk”dən “Neftçi”yə keçmişdi. Yeqor bu mövsüm Premyer Liqada 9 matça çıxıb və cəmi 1 qol vurub.
- Baş nazir "Barselona"nın prezidenti ilə görüşüb
- Sambo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib
- Qurban Qurbanov: "Çempionlar Liqasında uğurlarımız məsuliyyəti daha da artırır"
- II Liqa: “Qaradağ Lökbatan” və “Xankəndi”dən darmadağın
- Hilal Maşudlu I Liqada klubunu dəyişib - RƏSMİ