Ötən mövsümü “Bandırmaspor”da keçirmiş Mert Çelik böyük ehtimalla yeni sezona Azərbaycanda başlayacaq.
Apasport.az saytına verilən məlumata görə, Azərbaycanın əsas millisinə də cəlb edilmiş müdafiəçi “Başakşehir”ə qayıdıb. Lakin o, İstanbul klubunda qalmayacaq. Çelikin xidmətində maraqlı olan klublarımız var. Onlardan biri “Zirə”, digəri isə “Səbail”dir. Futbolçunun daha çox “Səbail”ə keçidə yaxın olduğu iddia edilir.
“Qalatasaray”ın yetirməsi olan U-21 yığmamızın sabiq üzvü “Kırşehir Belediyyespor”, “Neftçi” komandalarında da oynayıb. Onun klublarımızdan birinə keçəcəyi təqdirdə, toplanışa məhz Türkiyədə qoşulacağı gözlənilir.
- Vaqif Cavadov: "De Byazinin hərəkəti insanlıq keyfiyyətləri ilə bağlıdır" - MÜSAHİBƏ
- Millimizin sabiq forvardı: “Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır”
- Millimiz İslandiyada - FOTO
- Azərbaycanlı hakim "Fənərbaxça"nın ÇL matçını idarə edəcək
- Lev Yaşin tarixin ən yaxşısı seçildi