“Neftçi” yeni qapıçı transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq “Neftçi” ailəsinin üzvüdür. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.
O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.
- ÇL: “Bavariya” “Real”ı, “Arsenal” “Sportinq”i məğlub etdi - YENİLƏNİB
- Sərxan Hacıyevdən açıqlama - Yeni baş məşqçi yerli, yoxsa əcnəbi olacaq?
- Afrika Millətlər Kuboku: Seneqal və Konqodan inamlı start
- Cerrard “Liverpul”a çempionluq hədiyyə edə biləcəkmi? - Premyer Liqada mövsüm bitir
- De Byazi rekordlara çatdı – milli ilə yeni tarixə doğru