Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparan yığmamız son matçına çıxıb.
Komandamız Türkiyə ilə qarşılaşıb. Oyun qardaş ölkə təmsilçilərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra millimiz qrupda sonuncu olub.
Qeyd edək ki, oyunları Xorvatiyada keçirilən qrupun digər matçında meydan sahibləri ilə Bosniya və Herseqovina üz-üzə gələcək.
AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, III tur
29 mart
19:00. Azərbaycan – Türkiyə - 1:3
Qollar: Elgün Sadıqlı, 33:20 - Ahmet Köksal, 11:06, Ege Bilim, 17:58, Recep İnanç, 29:10
Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya)
- “Barselona”da ayrılıq
- Azərbaycan çempionatında III turun proqramı açıqlanıb
- "Kəpəz"in yeni mövsüm üçün hazırlıq planı bəlli olub
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD