
“Neftçi” Misli Premyer Liqasının ilk 5 turunda 12 qol vurub.
Apasport.az saytının məlumatına görə, bu, “ağ-qaralar” üçün son 17 ilin ən yüksək məhsuldarlığının təkrarıdır.
Bakı klubu 2007/08 mövsümündəki göstəricisinə imza atıb. Paytaxt təmsilçisinin startda daha çox qol vurmasına isə 2005/06 mövsümünə təsadüf olunub.
Həmin vaxt “Neftçi” ilk 5 turda 13 dəfə rəqib qapısına yol tapıb. Sonrakı 17 mövsüm üçün rekord isə 2007/08 və 2022/23 mövsümlərinə aiddir.
Laurentsiu Regekampfın yetirmələri həm də ilk 5 turda iki böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” sonuncu dəfə azarkeşlərini belə startla 2003/04 mövsümündə sevindirib. 19 il öncə beş oyundan ikisində üç və ya daha çox top fərqi qeydə alınıb.
Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə gəlib.
- "Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək
- “Qarabağ” Ovusuya görə nə qədər istəyir? – MƏBLƏĞ
- 3X3 üzrə basketbol millilərinin reytinq siyahısı yenilənib
- "Formula 1": "Ferrari" pilotu sıralama turunu lider başa vurub - YENİLƏNİB
- Ronaldo yenidən “Yuventus”a təklif olundu