
“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da stadion turu təşkil olunub.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə 57 №li tam orta məktəbin müəllim, 6-11-ci sinif şagirdləri, həmçinin “Məktəblinin dostu” layihəsinin əməkdaşlarından ibarət “İdmansevərlər” qrupu iştirak edib.
Qonaqlar klubun muzeyi, fan-şop, komandaya aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.
“İdmansevərlər” qrupunun üzvləri “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanıb və orada əsas komandamızın məşqini izləyib. Qonaqlar futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar. Sonda bir-birinə hədiyyə təqdim edən tərəflər xatirə şəkli çəkdiriblər.
- "Şəki"nin baş məşqçisi: "Bu, bizə əlavə motivasiya verdi"
- “Misli”nin sponsorluğu ilə ölkənin ən böyük idman yay festivalı başa çatdı
- "Sabah"ın avrokubok matçına satılan biletlərin sayı açıqlanıb
- Nazim Süleymanov: "Səviyyə öz sözünü dedi"
- Məhəmməd Abdullayev: “Əsas hədəfim Olimpiadada medal qazanmaqdır”