"Neftçi"nin 2 futbolçusu "Qarabağ"la oyunu buraxacaq
24.04.2024 - 12:54
!["Neftçi"nin 2 futbolçusu "Qarabağ"la oyunu buraxacaq](https://ww3.apasport.az/storage/news/2024/april/24/big/6628c84ce56816628c84ce568217139487486628c84ce567f6628c84ce5680.jpg)
"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, bərpa prosesi keçən Emil Balayev və cəzalı Eddi İsrafilov bu matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandalar arasındakı ilk oyun Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
0
0