Levandovski MLS-ə gedir: 2+1 illik təklif
13.06.2026 - 14:57
Levandovski MLS-ə gedir: 2+1 illik təklif

“Barselona” ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını MLS-də davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, “Çikaqo Fayr” polşalı hücumçunu heyətinə qatmaq istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

ABŞ klubu 37 yaşlı forvarda 2+1 illik müqavilə təklif edib. Azad agent statusunda olan Levandovski və onun agenti Pini Zahavi mümkün keçidi müzakirə etmək üçün ABŞ-a yollanıblar.

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edirdi. O, 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində 46 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.