!["Neftçi"nin ÇL-dəki rəqibi müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/august/23/big/66c880473995966c880473995a172441607166c880473995766c8804739958.jpg)
"Neftçi”nin qadın futbolçulardan ibarət komandasının avrokuboklardakı debüt matçının hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Avstriyanın “Sankt Qallen” kollektivi ilə qarşılaşacaq.
Görüşü Xorvatiya və İtaliyadan olan hakimlər idarə edəcək. Baş hakim Yelena Kumer olacaq.
Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Mariya Marotta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, görüş sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.