"Neftçi"nin futbolçusu "Turan Tovuz"a doğru
12.01.2024 - 13:00
"Turan Tovuz" "Neftçi"nin futbolçusunu icarəyə götürməyə hazırlaşır.
Klub İsmayıl Zülfüqarlı üçün qarşı tərəfə müraciət edib.
Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov bu barədə apasport.az saytına məlumat verib.
O, İsmayılla yanaşı U-21 yığmamızın üzvü Fərid Yusifli üçün də danışıqların davam etdiyini bildirib.
Amma hələ ki, "Neftçi" tərəfi buna konkret cavab verməyib. Qeyd edək ki, Zülfüqarlı "Kəpəz" və "Qəbələ"nin də transfer siyahısındadır.
- Udinedə 4 qol vuruldu, qalib müəyyənləşmədi
- "Neftçi" "Lokomotiv"in oyunçusuna elçi düşüb
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ
- Yığmamız qitə çempionatına 3 parataekvondoçu ilə yollanır
- "Qarabağ" Çempionlar Liqasıyla vidalaşdı - YENİLƏNİB
0
0