Yeni mövsümə hazırlaşan “Neftçi” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, müdafiə xəttini gücləndirməyə qərar verən “ağ-qaralar”Mark Tamaşın xidmətində maraqlıdır.
Paytaxt təmsilçisi macarıstanlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayıb. Bakılılar həm futbolçu, həm də onun məxsus olduğu “Sepsi”ni razı salmağa çalışır.
2021-ci ildə Macarıstan millisində debüt edən Tamaş vətənində “Puşkaş Akademi”, “Diosqyor”, Polşada “Şlensk” klublarında çıxış edib. O, 2022-ci ilin yayından “Sepsi” forması geyinir.
Qeyd edək ki, müdafiəçinin hazırkı klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
- Kurban Berdıyev: “Gərəkli nəticələri çıxarmışıq”
- “Kəpəz”in futbolçusu Premyer Liqa klublarının hədəfinə düşüb
- PFL və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ
- "Şamaxı" ölkə çempionunun qolkiperini istəyir - Özəl