“Neftçi”nin yoxlama oyunu ləğv olundu
12.01.2023 - 16:45
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq planında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakı təmsilçisinin “Baçka Topola” ilə matçı ləğv edilib. Serbiya klubu ilə yanvarın 15-dəki qarşılaşma ilə bağlı qərarı məşqçilər korpusu verib. Onlar futbolçuların zədələnmə ehtimalını nəzərə alaraq belə addım atıb.
Qeyd edək ki, ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edən (1:1) “Neftçi” yanvarın 15-də Polşanın “Medz Leqnisa”, 19-da Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
- Cokoviçin “Kosova – Serbiyanın ürəyidir” mövqeyi dəyişməyib
- Krunoslan Renduliç: "Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq"
- PSJ-nin iki futbolçusu "Barselona" ilə oyun öncəsi məşqləri bərpa edib
- "Liverpul" və "Bavariya" "Fulhem"li üçün mübarizə aparacaq
- Cüdoçumuz dünya çempionatında qızıl medal qazanıb
0
0