Lebron Ceyms “All Star” tarixinə düşdü
26.01.2024 - 17:13
![Lebron Ceyms “All Star” tarixinə düşdü](https://ww3.apasport.az/storage/news/2024/january/26/big/65b3a56e5a09065b3a56e5a091170627211065b3a56e5a08e65b3a56e5a08f.jpg)
“Los Anceles Leykers”in məşhur basketbolçusu Lebron Ceyms NBA tarixinə düşüb.
Apasport.az NBA-nın rəsmi saytına istinadla xəbər verir ki, 39 yaşlı oyunçu 20-ci dəfə “All Star”ın (Ulduzlar komandası) heyətinə seçilib.
Bununla da o, əfsanəvi basketbolçu Kərim Əbdül Cabbarı (19) qabaqlayıb. Üçüncü sırada isə 18 iştirakla mərhum basketbolçu Kobe Brayant yer alır.
0
0