Nigeriyalı yarımmüdafiəçi I Liqa klubunda
20.08.2026 - 19:14
Nigeriyalı yarımmüdafiəçi I Liqa klubunda

Transfer çalışmalarını davam etdirən "Karvan-Yevlax" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Antoni Uzodimma ilə anlaşıb.

Nigeriyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "Kayserispor", "Giresunspor", "Ankarakeçiörengücü", həmçinin öz ölkəsinin "Emordi" və "Rasinens" klublarında forma geyinib.