
Almaniyanın “Nürnberq” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayırmaq istəmir.
Apasport.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Kicker” nəşri məlumat yayıb. Klubun idman direktoru Yoti Xatzialeksiu xəbəri təsdiqləyərək bildirib ki, 27 yaşlı forvardla yeni müqavilə imzalanması istiqamətində danışıqlar aparılır.
Mahir Emreli 2023-cü ilin yayında “Nürnberq”ə transfer olunub. Onun mövcud müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
Qeyd edək ki, azərbaycanlı futbolçu cari mövsümdə 2-ci Bundesliqada 19 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.