“Nürnberq”in üzvü: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa…”
23.04.2025 - 21:28
“Mahir əla keyfiyyətlərə malikdir. Bunu meydanda da görə bilərsiz”.
Apasport.az xəbər verir ki, bunu “Nürnberq”in futbolçusu Yulian Yustvan deyib.
27 yaşlı almaniyalı yarımmüdafəçi Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandada qalmasını istədiyini bildirib: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa və ən yaxşı oyununu göstərsə, bizə çox köməyi dəyəcək. Onun “Nürnberq”də qalmasına xoşbəxt olaram”.
Qeyd edək ki, II Bundesliqanın “Paderborn”la oyununda (2:3) dubl edən Emrelinin hər iki qolunun ötürməsini Yulian verib.
- “Yaxşı oyun göstərmək istəyirik” - Millimizin voleybolçusu
- Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"
- Cüdoçularımız ABŞ-də keçiriləcək dünya çempionatına hazırlaşırlar
- Cüdoçumuz dünya çempionatında qızıl medal qazanıb
- Şəhid ailələri və qazilər "Formula 1"i tribunalardan izləyirlər
0
0