!["Olimpiakos"un baş məşqçisi: "Uduzanda peşman olursan"](https://ww3.apasport.az/storage/news/2022/october/07/big/633f49d82cfb1633f49d82cfb21665092056633f49d82cfae633f49d82cfb0.jpg)
“Oyuna yaxşı başladıq, nəzarət bizdə idi. Birinci hissədə kifayət qədər yaxşı idik”.
Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
İspaniyalı çalışdırıcı matçdan sonrakı mətbuat konfransında məğlubiyyəti şərh edib: “İkinci hissədə səhvlər etdik. Belə bir turnirdə səhv edəndə rəqib aqressiv olur və bədəlini ödəyirsən. Uduzduğun zaman bəzi şeylərə görə peşman olursan. 60-cı dəqiqədəki dəyişikliklərin bu məğlubiyyətdə rol oynadığını düşünmürəm. Hücum etdik, idarəetməni itirdik və qol buraxdıq. Matçın axarının dəyişməsi ilə edilən dəyişikliklərin üst-üstə düşdüyünü deyə bilmərik. Hansı kluba aid olduğumuzu bilməli və səhvlərimizi görməliyik".