Ozan Kökçünün komandası Konfrans Liqası ilə vidalaşdı
20.12.2024 - 10:16
![Ozan Kökçünün komandası Konfrans Liqası ilə vidalaşdı](https://ww3.apasport.az/storage/news/2024/december/20/big/67650cf076bae67650cf076baf173467569667650cf076bac67650cf076bad.jpeg)
Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi HİK Konfrans Liqasında mövsümün son oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Finlandiya təmsilçisi səfərdə "Betis"lə qarşılaşıb. Oyun İspaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Ozan Can 64-cü dəqiqədə - hesabda geridə olduqları vaxt əvəzlənib.
Qeyd edək ki, turnir cədvəlində 4 xalla 30-cu olan HİK pley-off Konfrans Liqası ilə vidalaşıb.
0
0