Paris-2024: Azərbaycan ilk lisenziyanı qazandı - FOTO
10.03.2023 - 22:52
![Paris-2024: Azərbaycan ilk lisenziyanı qazandı - FOTO](https://ww3.apasport.az/storage/news/2023/march/10/big/640b7cb4d8b89640b7cb4d8b8a1678474420640b7cb4d8b87640b7cb4d8b88.jpeg)
Güllə atıcımız Ruslan Lunyov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına Azərbaycandan ilk lisenziya qazanan idmançı olub.
Apasport.az-ın xəbərinə görə, Ruslan Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında 10 m pnevmatik tapança növündə gümüş medal qazanıb.
Bununla da Olimpiya mükafatçısı olan İradə Aşumovanın oğlu olan Ruslan Lunyov Paris 2024 Olimpiya Oyunlarına lisenziya qazanıb.
0
0