Azərbaycan Peşəkar Futbol Liqası (PFL) 17 yaşını qeyd edir.
Apasport.az xəbər verir ki, Elxan Səmədovun rəhbərliyi altında fəaliyyət göstərən bu təşkilat 2008-ci ildə təsis olunub.
Premyer Liqa, Əvəzedicilər Liqası, I Liqa, II Liqa və Azərbaycan Kubokunun oyunlarının təşkili ilə məşğul olan PFL yaradıldıqdan sonra ölkə çempionatında bir sıra yeniliklər həyata keçirilib.
Bu qurumun fəaliyyətə başlaması ilə Premyer Liqa UEFA reytinqində irəliləyib, hər il Azərbaycan Kubokunun finalı isə maraqlı və rəngarəng şouya çevrilib.
Azərbaycan klublarının avrokuboklardakı ən böyük nailiyyətləri də PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddət ərzində "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq azarkeşləri sevindiriblər.
Apasport.az saytı PFL-in yubileyi münasibətilə təbriklərini çatdırır və qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır.
- UEFA "Futbolda Uşaq Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil edib
- Azərbaycan "BRICS Sports Games Kazan 2024"ü 34 medalla başa vurub
- "Zirə" son dəqiqədə avantajı aldı - YENİLƏNİB
- Ulduz futbolçu saxlanıldı - NARKOTİKDƏN İSTİFADƏYƏ GÖRƏ
- Jurnalistlərin “Qarabağ”ın oyunu ilə bağlı proqnozu – 2-10-8