PFL açıqladı - Bölgə klubu ev oyununu bu stadionda keçirəcək
28.03.2026 - 17:50
Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.
Apasport.az xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.
Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıb
- Valdas Dambrauskas: “Bunun həllini tapacağıq”
- "Neftçi" evində "Sumqayıt"a məğlub oldu - YENİLƏNİB
- Adrian Mutu: “Hücum oyunçuları öz işlərini gördülər” - MÜSAHİBƏ
0
0