![PFL prezidenti: “Koronavirusla bağlı böhran yaransa, buna hazırıq”](https://ww3.apasport.az/storage/news/2022/july/15/big/62d152c25261c62d152c25261d165788537862d152c25261962d152c25261b.jpg)
“Bu gün püşk atmamışdan əvvəl AFFA prezidenti Rövnəq Abdullayev çıxışında soruşdu ki, “Qarabağ”ın Çempionlar Liqası oyunundan sonra sırf o matçla bağlı koronavirusa yoluxma sayında artım olub, ya yox. Bunun özü xəbərdarlıqdır”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
O bildirib ki, koronavirusa yoluxma sayının artması futbolumuza da təsir edə bilər: “Əgər koronavirusla bağlı böhran yaransa, buna hazırıq. Bu baxımdan artıq təcrübəmiz var. Gündən-günə yoluxma sayı artır. İyulun 19-da “Qarabağ”ın avrokubok matçı var. Operativ Qərargah nə qərar versə, ona əməl etmək bizim borcumuzdur”.