Ronaldo “Əl-Nəsr”də
05.12.2022 - 16:29
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo 2023-cü ildən “Əl-Nəsr”in şərəfini qoruyacaq.
Apasport.az saytının məlumatına görə, İspaniyanın “Marka” nəşri 37 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə anlaşdığını iddia edir.
Bildirilir ki, Ronaldo yanvarın 1-dən Asiya təmsilçisinin formasını geyinəcək. 2,5 mövsümlük müqavilə imzalayan forvard ildə 200 milyon avro qazanacaq.
Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilən forvard azad agent statusuna malikdir.
- Berdıyev onu komandada görmək istəyir
- Oyun alqı-satqısında şübhəli bilinən "Mingəçevir"li futbolçuların taleyi BƏLLİ OLDU
- Qyökereş "Arsenal" yolunda
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”
0
0