
“Çerçesov “Legiya”nı Polşa çempionu edən məşqçidir. Onun “Ferensvaroş”la Çempionlar Liqasındakı uğuru təəccüblü deyil”.
Apasport.az saytının məlumatına görə, bunu Moskva MOİK-inin keçmiş futbolçusu Vladimir Ponomaryov Rusiya mətbuatına açıqlamasında deyib.
O, həmyerlisi Stanislav Çerçesovun çalışdırdığı “Ferensvaroş”un Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirib. Ponomaryovun fikrincə, Macarıstan çempionu bu raundu keçəcək: “Ferensvaroş”da hər şey qaydasında görünür. Çerçesovun komandası “Qarabağ”la cütün də qalibi olacaq. Onların mərhələ keçəcəyinə yüz faiz əminəm. Çünki onun komandası Macarıstan çempionatının lideridir və orada güclü liqa var”.
Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında ilk oyun avqustun 3-də Bakıda, cavab görüşü isə 9-da Budapeştdə keçiriləcək.
- İdmançının valideyni od püskürdü: Mənə əsəbiləşdilər, uşağımı millidən kənarlaşdırdılar
- "Kəpəz"in futbolçusu komanda ilə məşqlərə başlayıb
- Arif Əsədov məlum təpiklə bağlı: “Loran Blan da Bartezin başından öpürdü” - MÜSAHİBƏ
- "Qalatasaray" rəsmisi MHK sədrini istefaya dəvət edib
- “Fənər”in maraqlandığı futbolçu Almaniya yolunda