Prezident İlham Əliyev "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçsının sosial şəbəkə hesabında paylaşım edilib.
"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.
“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.
Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.
Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm", - paylaşımda deyilir.
- “Qalatasaray” – “Atletiko” matçını bu hakim idarə edəcək
- Könül Mehdiyeva Çempionlar Liqasının oyununa təyinat alıb
- Osimhen yoxdursa, qələbə də yoxdur – “Qalatasaray”ın Avropadakı uğursuz seriyası
- Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
- İspaniya millisinin sabiq qolkiperi karyerasını başa vurub