"Atletiko"nun müdafiəçisi "İnter" və "Barselona" ilə oyunları buraxacaq
08.03.2024 - 15:48
"Atletiko Madrid"in mərkəz müdafiəçisi Xose Ximenez qarşıdakı vacib matçlarda komandasına kömək etməyəcək.
Apasport.az "Marca"ya istinadla xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi yaxın vaxtlarda meydana qayıtmayacaq.
Uruqvaylı futbolçu martın 13-də "İnter", 17-də isə "Barselona" ilə matçı buraxacaq.
Qeyd edək ki, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyununda (0:1) əvəzlənib və əzələ problemlərinə görə “Almeriya”, “Atletik” və “Betis”lə oyunları buraxıb.
- Sane tarixə düşdü - Almaniyanın ən erkən ikinci qolu
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək
- İJF Hidayət Heydərov və Zelim Kotsoyevə xüsusi nişanlar göndərib
- Bakıda UEFA-nın məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək
- "Barselona" Pedri ilə bağlı qərar verdi
0
0