PSJ azarkeşi Milanda bıçaqlandı
07.11.2023 - 15:51
Fransanın PSJ klubunun azarkeşi İtaliyada "Milan"a qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun oyunundan əvvəl bıçaqlanıb.
Apasport.az xarici mənbələrə istinadən xəbər verir ki, fanatın vəziyyəti ağırdır.
O, dünən səhər saatlarında xəstəxanaya aparılıb.
Daha əvvəl "Milan"ın 50 tərəfdarının həmin qarşılaşmadan əvvəl qonaq azarkeşlərə hücum etdiyi bildirilib. Onlar pirotexniki vasitələrdən, o cümlədən tüstü bombalarından istifadə ediblər.
Qeyd edək ki, "Milan" - PSJ görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb
- Matteus: "Ya Kimmix, ya Gündoğan"
- Azərbaycan Kuboku: 1/8 final mərhələsinin bütün cütləri bəlli olub
- Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”
- Təmsilçilərimizdən Avropa çempionatında daha 3 medal - 2 qızıl, 1 bürünc
0
0