PSJ-nin futbolçusu "Real" yolunda
08.10.2025 - 21:21
İspaniyanın “Real” klubu PSJ-nin futbolçusu Dezire Due ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. Madrid klubu mövsümün sonuna kimi fransalı vingeri yaxından izləyəcək.
“Kral klubu” Due üçün Brahim Dias və ya Rodriqo ilə yollarını ayırmağa hazırdır. Madrid təmsilçisi onların satışından gələcək pulla Duenin transferini tamamlamaq niyyətindədir.
20 yaşlı vinger bu mövsüm 11 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
- Aleksandr Tarakanov: "İslamiadada bizi ciddi rəqabət gözləyir"
- Pepe Avropa çempionatlarının tarixinə düşdü
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- Messi Pelenin rekordunu təkrarladı
- “Barselona” futbolçusunu satdı
0
0