Qadın məşqçilər üçün UEFA C kursu keçirilib
03.09.2024 - 12:04
![Qadın məşqçilər üçün UEFA C kursu keçirilib](https://ww3.apasport.az/storage/news/2024/september/03/big/66d6c300b5f8b66d6c300b5f8c172535065666d6c300b5f8966d6c300b5f8a.jpg)
Qadın məşqçilər üçün UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Seminar AFFA-nın inzibati binasının konfrans zalında baş tutub.
Təlimatçı İlham Əzizzadənin rəhbərlik etdiyi məşğələ sentyabrın 6-dək davam edəcək.
Qeyd edək ki, qadınlar üçün UEFA C kateqoriyalı məşqçi kursunun I mərhələsi 13-16 avqust tarixlərində keçirilib.
0
0