![Qara Qarayev "Neftçi"də](https://ww3.apasport.az/storage/news/2023/july/24/big/64be9d8508cc064be9d8508cc1169021376564be9d8508cbe64be9d8508cbf.png)
“Neftçi” transfer işlərini davam etdirir.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlayıb.
30 yaşlı dayaq yarımmüdafiəçisi "Neftçi"də heyətində 2 nömrəli formanı geyinəcək.
Qara Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 5 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.