!["Qalatasaray" mövsümə 3 xalla başladı](https://ww3.apasport.az/storage/news/2024/august/10/big/66b6786ab2c1b66b6786ab2c1c172323441066b6786ab2c1866b6786ab2c1a.jpg)
Son 2 mövsümün çempionu "Qalatasaray" Türkiyə Superliqasının 2024-2025 mövsümünün ilk matçında "Hatayspor"u qəbul edib .
Apasport.az xəbər verir ki, "RAMS Park"da keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Qonaq komanda 52-ci dəqiqədə Coelsonla önə keçib. "Qalatasaray" 80-ci dəqiqədə Mauro İkardinin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib.
Əsas vaxtın son dəqiqəsində isə "aslanlar"ın yeni transfer Mişi Batşuayi səhnəyə çıxıb. Belçikalı ulduz topu başla qapıdan keçirərək komandasına qələbə qazandırıb.
Superliqanın 2-ci həftəsində "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşacaq. "Hatayspor" isə "Kasımpaşa"nın qonağı olacaq.