![“Qarabağ” 1 xal qazandı, mövqeyini qorudu](https://ww3.apasport.az/storage/news/2023/december/04/big/656d75ea8f862656d75ea8f8631701672426656d75ea8f860656d75ea8f861.jpg)
Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.
Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. “Qarabağ” 225 xalla 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri aktivini 1 xal artırıb. Ağdam klubu bununla da ötən siyahıdakı mövqeyini qoruyub.
27 xala malik “Neftçi” isə bir pillə geriləyib. Adrian Mutunun yetirmələri Avropada 239-cudur.
“Sabah” üç pillə irəliləyib. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 262-cidir.
“Qəbələ” 8 pillə irəliləyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 372-cidir.
Qeyd edək ki, siyahıya 2235 xala malik “Real” başçılıq edir.