“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv cari mövsüm bunadək yalnız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdi. Həmin matç da eyni hesabla bitib.
Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-1995-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.
- Hindistanlı, qırğızıstanlı və mavritaniyalı var, azərbaycanlı yoxdur – futbolmuzun durumu
- "Srvena Zvezda" ardıcıl 7-ci dəfə çempion oldu
- Azərbaycan idmançılarını bu il gözləyən mötəbər turnirlər – SİYAHI
- La Liqada 2025/26 mövsümünün start tarixi məlum olub
- Okan Burukdan İkardi paylaşımı - “Səni çox sevirik, kral”