"Qarabağ" - "Ayaks" matçının biletləri tükənir
08.12.2025 - 15:57
"Qarabağ" - "Ayaks" matçının biletləri tükənir

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda "Ayaks"ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, qarşılaşma üçün artıq 27650 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN