Misli Premyer Liqası təmsilçilərindən “Qarabağ” aparıcı futbolçularından biri olan Yassin Benzia haqda da addım atmaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi əlcəzairli yarımmüdafiəçinin müqavilə müddətini artırmağı planlaşdırır.
Buna görə, ona yeni bir illik müqavilə təklif edilib. Tərəflərin razılıq əldə edəcəyi ehtimal olunur.
Benzianın “Qarabağ”la hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
O, 2023-cü il yanvarın 26-da Azərbaycan çempionu ilə anlaşıb.
Qeyd edək ki, Benzia buna qədər “Lion”, “Lill”, “Fənərbaxça”, “Olimpiakos”, “Dijon”, “Hatayspor” klublarında oynayıb.
- Nadir Nəbiyev: "Belə baxanda Fernandu Santuşu da qınamaq olmur, onun da çox seçim imkanı yoxdur"
- Ölkə birinciliyinin zona yarışına start veriləcək
- "Arsenal" Türkiyə millisinin üzvü ilə maraqlanır
- III MDB Oyunları: Voleybol yarışlarının təqvimi açıqlanıb
- Cenk Sümer: “Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik”