“Yuventus” müdafiəçi axtarışında
16.10.2023 - 15:39

“Yuventus” müdafiəçi axtarışına start verib.
Apasport.az xəbər verir ki, İtaliya klubu Aleks Sandroya əvəzləyici axtarır.
Müqaviləsi yayda başa çatacaq 32 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. Turinlilər braziliyalının mövqeyinə ucuz qiymətə və ya azad agent statuslu müdafiəçi almağı planlaşdırır.
“Yuventus”un transfer siyahısında iki oyunçu var. “Atletik”dən Mario Ermoso və “Lill”dən Tiaqo Calo “byankoneri”nin maraq dairəsindədir.
Qeyd edək ki, hər iki futbolçu mövsümün sonunda azad agent statusu alacaq.
- Dünya çempionu Azərbaycan millisində! – YALNIZ BİZDƏ
- Bakı birinciliyinə yekun vurulub
- Ulduz reper italyan klubuna 36 milyon avro yardım edib
- Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb
- Nuqzar Kvirtiya: “Premyer Liqamızın iki iddialı klubu ilə danışıqlar aparıram” - MÜSAHİBƏ
0
0