Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu daha iki yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq.
İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab” klubuna (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək.
Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib.
- Slot "Qalatasaray" məğlubiyyətini unuda bilmir: "VAR o penaltini ləğv etməliydi, amma..."
- DÇ-2026-dan sonra ayrılıqlar - 6 milli baş məşqçisini göndərdi
- “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib - FOTO
- “Sabah” ABL-in finalında
- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı