“Qarabağ” Azərbaycan çempionudur - YENİLƏNİB
27.04.2025 - 21:52
“Qarabağ” Azərbaycan çempionudur - YENİLƏNİB

Misli Premyer Liqasında XXXII tur davam edir.

Apasport.az xəbər verir ki, turun mərkəzi görüşü Masazırda baş tutub.

“Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb. 

Tərəflər matçdan hərəyə 1 qol, 1 xalla ayrılıblar. Bununla da, "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu olub.

Misli Premyer Liqası

XXXII Tur

27 aprel

20:00. "Sabah" – "Qarabağ" 1:1

Qollar: B. Letiç, 73 - R. Cica, 42-p.

Baş hakim: Tural Qurbanov

“Bank Respublika Arena”