“Qarabağ” dünya reytinqində bir pillə geriləyib
16.01.2026 - 09:21
“Qarabağ” dünya reytinqində bir pillə geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

Apasport.az xəbər verir ki, "Qarabağ" 182,5 xalla 68-ci pillədən 69-cu yerə enib. "Sabah" 93,5 xalla 252-ci mövqedən 224-cü sıraya yüksəlib. "Zirə" isə 66,75 xalla 360-cı yerdən 389-cu pilləyə geriləyib.

"Araz-Naxçıvan" 60,25 xalla 486-cı sıradan 456-cı yerə qalxıb. "Neftçi" 51,25 xalla 563-cü pillədən 553-cü mövqeyə irəliləyib. "Turan Tovuz" isə geriləyən klublar sırasındadır – Tovuz təmsilçisi 608-ci yerdən 627-ci pilləyə düşüb.

Qeyd edək ki, 704 klubun yer aldığı reytinq cədvəlinə Fransa təmsilçisi PSJ 613 xalla liderlik edir.