"Ferentsvaroş" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
17.08.2025 - 15:18

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, Macarıstanda keçiriləcək ilk görüş Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyruya Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.
Klaudiu Filipe Ruivo Pereyra isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə master klass keçiriləcək
- “Qalatasaray”ın 2 futbolçusu CƏZALANDIRILIB
- Şahruddin Məhəmmədəliyev Pireydə arzusunu açıqladı
- Rəşad Sadıqov: "Qapımıza zərbə olmadı, amma iki qol buraxırıq" - VİDEO
- “Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”
0
0