![“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı](https://ww3.apasport.az/storage/news/2023/may/15/big/6461e0c173bf36461e0c173bf416841361296461e0c173bf16461e0c173bf2.jpg)
Misli Premyer Liqasının 2022/23 mövsümünün çempionu olan “Qarabağ” tarixinin 18-ci titulunu əldə edib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu 10-cu dəfə ölkə çempionatının qızıl medallarını qazanıb.
“Ağ-göylər” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində də bu titulu əldə edib.
“Qarabağ”ın hesabında 7 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022) və 1 Superkubok (1993) da var.
Ağdamlılar bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıb.
“Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu 9 çempionluq, 6 kubok, 2 Superkubok və 1 “Birlik kuboku” qazanıb.