Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi "Osiyek"i üstələyib.
Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar"ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.
"Qarabağ" bu gün, saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə də yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib.
- Ceyhun Sultanov: "Musanın hansı liqada oynamaq şansı var idisə, ora da getdi" - MÜSAHİBƏ
- “Qarabağ"la “Azərxalça” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
- Cüdoçumuz Avropa kubokunun qalibi olub
- Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub
- Türkiyə kubokunun qalibi bəlli olub