“Qarabağ” – “Zirə” matçının biletlərinin satış tarixi açıqlanıb
22.05.2024 - 11:52
![“Qarabağ” – “Zirə” matçının biletlərinin satış tarixi açıqlanıb](https://ww3.apasport.az/storage/news/2024/may/22/big/664da31053f09664da31053f0a1716364048664da31053f07664da31053f08.png)
Azərbaycan Kubokunun final oyununun biletlərinin satış tarixi açıqlanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iyunun 2-də, saat 20:00-da başlayacaq “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri mayın 25-dən etibarən "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.
0
0