“Qarabağ”a görə çempionat oyunundan kənarlaşdırıldı
05.10.2022 - 17:01
![“Qarabağ”a görə çempionat oyunundan kənarlaşdırıldı](https://ww3.apasport.az/storage/news/2022/october/05/big/633d805bc4770633d805bc47711664974939633d805bc476e633d805bc476f.webp)
Bu gün Bosniya və Herseqovinanın V turundan təxirə salınmış “Zrinski” – “Şiroki Briyeq” oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, yerli futbol assosiasiyası son anda qarşılaşmanın hakimini dəyişib.
Buna səbəb matçı idarə etməsi qərarlaşdırılan İrfan Peltonun UEFA-dan təyinat almasıdır. 38 yaşlı referi Avropa Liqasının qrup mərhələsinin III turunda sabah “Olimpiakos” – “Qarabağ” matçını idarə edəcəyi üçün yerli Hakimlər Komitəsi onu çempionat oyunundan kənarlaşdırıb.
Bugünkü “Zrinski” – “Şiroki Briyeq” görüşündə isə Sarayevodan olan Admir Şehoviç fit çalacaq.
0
0